main-post-cover

    Samsung Galaxy S24 smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    02.10.2023
    Emil Nəcəfov
        OnLeaks ləqəbli məşhur insayder keçən həftə Samsung Galaxy S24S24 Ultra smartfonlarının render fotolarını təqdim etmişdi. İndi isə insayder Galaxy S24+ modelinin render fotolarını təqdim edib. Galaxy S24-də olduğu kimi Galaxy S24+ modelində də şirkət dizaynı ciddi şəkildə dəyişmək qərarına gəlməyib. Galaxy S24+ modelini adi Galaxy S24 modelindən fərqləndirən faktorlar daha yastı kənar çərçivələr və LED işıqlandırmanın yerləşmə yeridir.
        Digər bütün dizayn cəhətləri baxımından smartfonlar eynidir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı və arxa paneldə yerləşən 3 ədəd kamera obyektivi. Gözləntilərə əsasən Galaxy S24+ modeli 6.7 düym ekran və Snapdragon 8 Gen 3 / Exynos 2400 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər