
Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib
Cihazlar+
29.09.2023
Emil Nəcəfov
OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Galaxy S24 Ultra smartfonunun da render fotolarını təqdim edib. Render fotolar sayəsində ilk baxışdan elə gələ bilər ki, Galaxy S24 Ultra ilə Galaxy S23 Ultra arasında heç bir xarici görünüş fərqi yoxdur. Lakin Galaxy S24 Ultra modelində ekranın kənar hissələrində əyilmə səviyyəsi daha azdır. Məlumatda qeyd edilib ki, Galaxy S23 Ultra kimi Galaxy S24 Ultra da 6.8 düym ekranla təchiz olunacaq.

Gözləntilərə əsasən Samsung sözügedən smartfonu titan materialdan hazırlanmış gövdə ətrafı çərçivə ilə təchiz edəcək. Son məlumat sızıntılarına əsasən Galaxy S24 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə yenilənmiş 200 MP-lik əsas arxa kamera ilə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır.

Linki kopyala
Həftənin xəbərləri

