
Samsung Galaxy S25 Edge smartfonunu bəzi texniki özəllikləri açıqlanıb
Cihazlar+
27.01.2025
Emil
Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfon seriyasının təqdim etdi. Bu seriyaya Galaxy S25, S25+ və S25 Ultra modelləri daxil oldular. Təqdimatın sonunda isə şirkət nazik gövdəli Galaxy S25 Edge modelini anons etdi. Lakin bu sadəcə anons idi. Smartfonun tam təqdimatı hələ baş tutmayıb. Buna görə də Galaxy S25 Edge modelinin texniki imkanları barəsində hər hansısa rəsmi bir məlumat yoxdur. Lakin şirkətin yerinə bəzi məlumatları insayderlər təqdim ediblər.
Onların sözlərinə əsasən bəzi istisnaları nəzərə almasaq, Galaxy S25 Edge modeli adi Galaxy S25 ilə oxşar olacaq. Məlumatda qeyd edilib ki, Galaxy S25 Edge modelinin ekran ölçüsü Galaxy S25+ modelinin ekran ölçüsünə yaxın olacaq. Nazik gövdəli smartfonun batareya həcmi isə 3900 mAh təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Galaxy S25 modelinin batareya həcmi 4000 mAh təşkil edir. Bununla yanaşı insayderlər bildiriblər ki, Galaxy S25 Edge smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışacaq. Sözügedən smartfonun bu ilin birinci yarısında satışa çıxacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
