Logo
    main-post-cover

    Samsung Galaxy S25 və S25+ smartfonlarında Samsung ISOCELL kameraları istifadə edilməyəcək

    Cihazlar+
    22.04.2024
    Farid
         Gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Samsung Galaxy S25 smartfonları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər Galaxy S25 və S25+ modellərinin kameraları mövzusunda maraqlı bir məlumatı çatdırıblar. Onların sözlərinə əsasən adları sadalanmış bu smartfonlarda Samsung özünün ISOCELL kameralarından istifadə etməyəcək. Belə ki, Galaxy S25 və S25+ modellərində Samsung-un ISOCELL kameraları əvəzinə Sony kameralarından istifadə ediləcək. Söhbətin hansı Sony kameralarından getdiyi isə hələ məlum deyil.
         Galaxy S25 Ultra modelinə gəldikdə isə gözləntilərə əsasən onda ISOCELL kameralarından istifadə davam etdiriləcək. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən Samsung şirkəti Galaxy S25 smartfon seriyasında müxtəlif mobil prosessorlardan istifadə strategiyasını təkrarlayacaq. Belə ki, Galaxy S25 və S25+ modellərinin satılacaqları regionlardan asılı olaraq Exynos və ya Snapdragon prosessoru, Galaxy S25 Ultra modelinin isə bütün regionlarda Snapdragon prosessoru ilə təchiz olunacaqları gözlənilir.
    Paylaş