Logo
    main-post-cover

    Samsung Galaxy S26 fotoların reallığını dəyişə bilir

    Cihazlar+
    01.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung-un yeni Galaxy S26 modelində təqdim etdiyi AI foto redaktə aləti istifadəçilərə şəkilləri istədikləri kimi dəyişdirməyə imkan verir. Yeni “Photo Assist” funksiyası təbii dil ilə verilən əmrlər əsasında fotoda geyimi dəyişmək, şəkilə yeni obyektlər əlavə etmək, fonu dəyişmək və ya insanları silmək kimi imkanlar təqdim edir.
    ai-label (17)
        Bu texnologiya artıq Google Photos kimi tətbiqlərdə mövcud olsa da, Samsung-un təqdim etdiyi sistem fotonun reallığını dəyişmək baxımından daha irəli gedir. Məsələn, istifadəçi fotoya əslində orada olmayan bir insanı əlavə edə və ya şəkilin çəkildiyi mühiti tamamilə dəyişdirə bilər. Bu isə “foto nədir?” sualını yenidən gündəmə gətirir. Şirkət bəzi təhlükəli və qanunsuz manipulyasiyaların qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq etdiyini bildirir. Məsələn, zorakılıq, cinayət və ya qadağan olunmuş məzmun yaratmaq mümkün deyil. Bununla yanaşı, AI ilə dəyişdirilmiş fotolara xüsusi işarə (watermark) və məzmun məlumatı əlavə olunur, lakin bu işarəni kəsmək və ya silmək mümkündür. Texnologiyanın maraqlı tərəfi ondan ibarətdir ki, bəzi hallarda dəyişikliklər çox real görünür, bəzi hallarda isə şəkil süni və “karikatura” kimi görünür. Həmçinin AI redaktəsi zamanı bəzən şəkilin keyfiyyəti aşağı düşə və ya proqram fotoda lazımsız hissələri də dəyişdirə bilər.
    Paylaş