Logo
    main-post-cover

    Samsung Galaxy S26 Ultra-nın batareya həcmi məlum olub

    Cihazlar+
    28.08.2025
    Emil
         Çin Keyfiyyət Sertifikatlaşdırma Mərkəzindən (QC Center) əldə edilmiş yeni məlumatlara görə, EB-BS948ABY modelinin batareyası 4855 mAh nominal tutuma malikdir, yəni Galaxy S25 Ultra ilə tam eynidir - ehtimal ki, faktiki tutum 5000 mAh olacaq. Bu, artıq ardıcıl 6-cı ildir ki, Samsung Ultra seriyasında belə həcmi saxlayır. Amma yaxşı xəbərlər də var. Tutumun artmamasını daha sürətli şarj kompensasiya etməlidir. Belə ki, Galaxy S26 Ultra-da 60 vat gücündə sürətli şarj texnologiyasının dəstəyi gözlənildiyi bildirilib. Bu da Galaxy S22 Ultra-S25 Ultra modellərindən 15 vatt çoxdur. Yeni flaqmanın daha nazik (8 mm-dən az, bəlkə də təxminən 7 mm) və daha yüngül olması gözlənilir.
    Paylaş