Logo
    main-post-cover

    Samsung Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosu təqdim edilib

    Cihazlar+
    29.09.2025
    Emil
         Samsung gələn ilin əvvəlində Galaxy S26 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S26 Ultra olacaq. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfon gövdəsinin künclərindən biri əks olunub. Foto Galaxy S26 Ultra ilə bağlı iki məlumatı təsdiqləyib. Birincisi şirkət sözügedən smartfonda düz formalı künclərdən imtina edəcək və dairəvi künclərə üstünlük verəcək. İkincisi isə smartfona S Pen stilusu geri qayıdacaq və onu künc hissədən smartfonun daxilinə yerləşdirmək mümkün olacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S26 Ultra smartfonu 6.9 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışacaq və 5000 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək.
    Paylaş