
Samsung Galaxy S26 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
Samsung gələn ilin əvvəlində Galaxy S26 smartfon seriyasını təqdim edəcək bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S26 Ultra olacaq. İndi isə OnLeaks ləqəbli məşhur insayder Galaxy S26 Ultra-nın ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy S26 Ultra modeli yastı gövdə dizaynını əldə edəcək və özündə olduqca nazik ekran ətrafı çərçivələri birləşdirəcək. Gövdənin künc hissələri isə bir qədər dairəvi formada olacaqlar. Smartfonun arxa panelində 4 ədəd kamera yerləşəcək. Lakin vizual dəyişiklik ondan ibarət olacaq ki, kameralardan 3-ü oval formalı sahənin daxilində yerləşəcək. Məlumatda qeyd edilib ki, Galaxy S26 Ultra-nın gövdə qalınlığı 7.9 mm, çəkisi isə 217 qram təşkil edəcək.



Paylaş