Logo
    main-post-cover

    Samsung Galaxy S26 Ultra-ya Face ID analoqu inteqrasiya ediləcək

    Cihazlar+
    11.06.2024
    Emil
         Samsung şirkəti Galaxy S24 Ultra smartfonunu bu ilin əvvəlində təqdim etdi. Samsung Galaxy S25 Ultra-nın təqdimatı isə gələn ilin əvvəli üçün planlaşdırılır. Lakin buna baxmayaraq insayderlər artıq indidən Samsung Galaxy S26 Ultra barəsində məlumat verməyə başlayıblar. İnsayderlərin sözlərinə əsasən Galaxy S26 Ultra smartfonu böyük yenilənmələrdən birini əldə edəcək. Söhbət, üz skanı texnologiyasından gedir. Məlumatda qeyd edilib ki, Galaxy S26 Ultra-nın əldə edəcəyi üz skanı texnologiyası PolarID adlanacaq.
        Onun Apple tərəfindən iPhone-larda istifadə edilən Face ID texnologiyasının analoqu olacağı gözlənilir. İnsayderlərin sözlərinə əsasən Face ID-dən fərqli olaraq PolarID texnologiyası əlavə sensorlara ehtiyac duymadan yalnız ön kameradan istifadə edərək çalışa biləcək. Qeyd etmək lazımdır ki, Apple şirkətinin üz skanı texnologiyası özündə infraqırmızı proyektoru birləşdirir. O öz növbəsində istifadəçi üzünün xəritəsini tərtib edir və daha sonra tərtib edilmiş üz xəritəsi neyron mühərriki vasitəsilə emal edilərək onun real istifadəçi üzü ilə üst-üstə düşüb-düşmədiyi təyin edilir.
    Paylaş