Logo
    main-post-cover

    Samsung sabah S26 ailəsini təqdim edir

    Cihazlar+
    24.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Samsung 2026-cı ilin ilk böyük təqdimatına hazırlaşır. Şirkət sabah San-Fransiskoda keçiriləcək Galaxy Unpacked tədbirində yeni cihazlarını təqdim edəcək. Tədbir Bakı vaxtı ilə axşam saat 21:00-da (10AM PT) başlayacaq və YouTube üzərindən canlı yayımlanacaq.
    Galaxy Unpacked February 2026 – Samsung Global Newsroom
        Samsung-un rəsmi açıqlamasına görə, bu təqdimat “süni intellektin həqiqətən şəxsi və adaptiv hala gəldiyi yeni mərhələnin başlanğıcı” olacaq. Bu isə Galaxy S26 seriyasında AI imkanlarının daha da inkişaf etdiriləcəyinə işarə edir. Sızdırılmış görüntülərə əsasən, Galaxy S26, Galaxy S26+ və Galaxy S26 Ultra modellərinin dizayn baxımından radikal dəyişiklik etməyəcəyi bildirilir. Yeni modellər xarici görünüş baxımından Galaxy S25 seriyasına bənzər qalacaq.
        Performans tərəfində isə əsas yenilik prosessorda olacaq. Gözləntilərə görə, bütün Galaxy S26 modellərində Qualcomm-un yeni Snapdragon 8 Elite Gen 5 çipi istifadə olunacaq. Lakin Cənubi Koreyanın Yonhap News agentliyi bəzi regionlarda Samsung-un öz istehsalı olan Exynos 2600 prosessorunun da istifadə edilə biləcəyini iddia edir.
        Yeni Qi 2 simsiz enerji yığma standartı maqnitli hizalanma (MagSafe tipli) dəstəyini təqdim etsə də, Samsung-un bu funksiyanı telefonlara inteqrasiya etməyəcəyi bildirilir. S26 seriyasında daha sürətli simsiz enerji yığma sürətləri dəstəklənəcək, lakin daxili maqnit sistemi olmayacaq. İstifadəçilər maqnitli aksesuar və şarj üçün xüsusi qoruyucu kabellərə (case) ehtiyac duya bilərlər. İlin əvvəlində Galaxy TriFold modeli ilə diqqət mərkəzinə düşən Samsung-un bu dəfə daha “sakit” bir təqdimat edə biləcəyi ehtimal olunur. Əgər qatlanan telefonlara marağınız daha çoxdursa, o zaman gələn həftə başlayacaq MWC 2026 sərgisi daha maraqlı ola bilər.
    Paylaş