![main-post-cover](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fupload%2Fsamsung-smartfonlar-ucun-ekranin-alt-hissesine-yerlesdirilen-ikili-on-kamera-texnologiyasini-hazirlayir999.jpg&w=3840&q=75)
Samsung smartfonlar üçün ekranın alt hissəsinə yerləşdirilən ikili ön kamera texnologiyasını hazırlayır
Cihazlar+
26.09.2022
Emil Nəcəfov
Smartfon istehsalçılarının bir hissəsi öz məhsullarının ekranlarında müxtəlif çıxıntı hissə ilə təcrübələr apardığı bir vaxtda digər hissəsi isə ön kameranı öz məhsullarında ekranların alt hissələrinə yerləşdirir. Samsung şirkəti bu məsələdə yeni səviyyəyə yüksəlməyi hədəfləyib. Belə ki, şirkət smartfon ekranının alt hissəsinə yerləşdirilən ikili ön kamera texnologiyasını patentləşdirib. Ortaya çıxmış dokumentasiyaya əsasən Samsung bu texnologiyanı üz tanıma sisteminin təkmilləşdirilməsində istifadə etməyi planlaşdırır. Patentləşdirilmiş texnologiyanın əsas məğzi kamera sensorlarından birinin məsələn ekranın alt hissəsinə yerləşdirilməsindədir. Bunun sayəsində istifadəçinin üz təsviri iki müxtəlif rakursdan əldə olunacaq. Bu isə öz növbəsində istifadəçi üzünün dəqiq 3D modelinin tərtib olunmasına şərait yaradacaq. Güman olunur ki, Samsung bu texnologiyanı yeni qatlana bilən smartfonlarında istifadə edəcək. Lakin bunun nə zaman baş verəcəyi barəsində dəqiq bir məlumat yoxdur.
![](https://s3.eu-central-1.amazonaws.com/technote-files/media/upload/images/S7WaISqz1Y5R6KVY9CB0skkYrXRLW.png)
![](https://s3.eu-central-1.amazonaws.com/technote-files/media/upload/images/S7WaJVonwvz0vKV2vKNMHIejjTz0gW.png)
![](https://s3.eu-central-1.amazonaws.com/technote-files/media/upload/images/S7WaS029s7UF3xuGJxOAe1AnhgEQ.png)
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
![iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2Fiphone-17-slim-main-1280x720.jpeg&w=3840&q=75)
![Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2FBlack-Hole-Forming-in-Stellar-Cl.jpeg&w=3840&q=75)