main-post-cover

    Samsung smartfonları iPhone-nun faydalı funksiyalarından birini əldə ediblər

    Cihazlar+
    24.08.2020
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy smartfonlarının itirilməsi halında onların yerlərini təyin etməyə imkan verən Find My Mobile funksiyasını yeniləyib. Əvvəllər bu funksiyadan yalnız o halda istifadə etmək olurdu ki, itirilmiş smartfon ya mobil şəbəkəyə ya da Wi-Fi şəbəkəsinə qoşulsun. İndi isə itirilmiş Galaxy smartfonlarını iPhone modellərində olduğu kimi şəbəkəyə qoşulmadan tapmaq mümkün olacaq. Bu barədə Gizchina saytı xəbər verib. Bundan sonra itirilmiş smartfonu onun ətrafında olan digər bir Galaxy modelinin olması vasitəsilə də tapmaq mümkün olacaq.
        Bu yeni funksiya smartfonun ayarlar menyusunda aktivləşdirilir. Beləliklə istifadəçi itirilmiş smartfonu Bluetooth vasitəsilə tapa bilər. Belə ki, bu halda itirilmiş smartfon yerləşdiyi yer barəsində məlumatı Bluetooth vasitəsilə ətrafındakı digər smartfonlara ötürəcək. Bununla yanaşı yenilənmiş Find My Mobile funksiyası vasitəsilə itirilmiş smart saatları və naqilsiz qulaqlıqları da tapmaq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər