Logo
    Samsung smartfonlarına OneUI 2.5 yenilənməsi ilə Xiaomi kimi reklamlar gəlir?

    Samsung smartfonlarına OneUI 2.5 yenilənməsi ilə Xiaomi kimi reklamlar gəlir?

    Cihazlar+
    09.06.2020
            Çinli smartfon istehsalçıları qiymətləri daha əlçatan etmək üçün smartfonlarında istifadə etdikləri interfeyslərdə reklamlar göstərə bilirlər. Məsələn Xiaomi bu reklam məsələləri ilə bağlı ən bilinən şirkətdir. İndi isə sızan xəbərlərə görə Samsung smartfonlarına gətirəcəyi One UI 2.5 yenilənməsi ilə istifadəçilərə reklamlar göstərməyi planlayır.

    One UI 2.5 yenilənməsi Avqust ayında təqdim olunacaq və sızan xəbərlərə görə artıq istifadəçilərə reklamlar göstəriləcək.

            Təxminlərə görə yeni interfeys yenilənməsi 5 avqustda təqdim olunacaq. Bu təqdimatda Galaxy Fold 2 və Note 20 modellərinin də təqdim olunması gözlənilir. Sızan məlumatlara görə reklamlar smartfonların kilid ekranlarında və ya bəzi tətbiqlərə giriş zamanı göstəriləcək. Lakin bu reklamlar Galaxy S və Note kimi premium seqment cihazlara aid olmayacaq. Reklamlar sadəcə Galaxy M və Galaxy A seriyalı smartfonlarda göstəriləcək.
            Digər pis xəbər isə reklamların 15 saniyə olmasıdır. İstifadəçilər 15 saniyəlik reklam bitənə qədər kilid ekranını aça bilməyəcək və ya tətbiqə giriş edə bilməyəcəklər. Yuxarıda verilmiş şəkildə göründüyü kimi Samsung-un Hava tətbiqində reklam göstərilib və bu bütün Samsung tətbiqlərinə aid olacaq. Qeyd edək ki, reklamlar hər nə qədər smartfonun satış qiymətinin daha az olmasına yardım etsə də istifadəçilər tərəfindən sevilmir. Xiaomi şirkəti də bunun üzərinə keçən il verdiyi qərarla MIUI 12 interfeysində bəzi bölgələrdə reklamı ləğv edəcəyini, bəzi bölgələrdə isə kəskin dərəcədə azaldacağını bildirmişdi. Elə bu səbəbdən 2020-də çıxan Xiaomi smartfonları bir qədər baha oldu.
            Technote olaraq bunun həqiqətən reallaşdırılacağını düşünmürük. Çünki əks halda orta və giriş seqment smartfonlarda Samsung ciddi dərəcədə istifadəçi kütləsi itirə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...