Steam Replay 2025 təqdim olundu
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ilin sonuna yaxın bir çox şirkət istifadəçilər haqqında topladığı məlumatları əyləncəli “illik icmal” formatında təqdim etməyə başlayıb. Valve də bu ənənəni davam etdirərək Steam Replay 2025-i istifadəyə verib.
Steam Replay bu il artıq dördüncü dəfədir təqdim olunur və oyunçulara 2025-ci il ərzində Steam platformasında necə vaxt keçirdiklərini detallı şəkildə göstərir. İcmalda istifadəçinin ən çox oynadığı oyunlar, il ərzində sınaqdan keçirdiyi oyunların sayı, açdığı achievement-lər və ən uzun oyun seriyası (streak) kimi göstəricilər yer alır. Bununla yanaşı, oyun vaxtının janrlara görə bölgüsü, Steam Deck istifadəsi, oynanan oyunların yeni buraxılış, son illərə aid və ya klassik kateqoriyalara düşməsi də statistik olaraq təqdim olunur. İstifadəçilər aylıq oyun aktivliyini və hər bir oyuna sərf olunan vaxtın faiz nisbətini ayrıca görə bilirlər.
Steam Replay 2025-ə baxmaq üçün Steam-in rəsmi saytına daxil olub hesabınıza giriş etməyiniz kifayətdir.
Paylaş