main-post-cover

    Təqdimat artıq çox yaxındır: Redmi 9-un real fotosu ortaya çıxdı

    Cihazlar+
    04.06.2020
    Farid Pardashunas
        Redmi brendi yeni smartfon seriyalarının təqdimatlarını anons etməsə də insayderlər həmin smartfon seriyalarından birininin təqribi təqdimat tarixi ilə yanaşı həmçinin brendin yeni smartfon modelinin fotosunu aşkar ediblər. Belə ki, TechDroider ləqəbli insayder Redmi 9 smartfon modelinin fotosunu təqdim edib. Təqdim edilmiş foto vsitəsilə smartfonun dizaynını qiymətləndirmək olar. Bu barədə 4pda saytı xəbər verib.
        Təqdim edilmiş fotodan da görmək olar ki, Redmi 9 smartfonu dördlü arxa kamera ilə təchiz olunacaq. Həmin kameralardan biri əsas kameraların yerləşdiyi sıradan ayrılaraq LED işqılandırma ilə birlikdə ayrıca sırada birləşib. İnsayderin verdiyi məlumata əsasən Redmi 9 smartfonu 13 MP + 8 MP + 5 MP +2 MP dördlü arxa kamera ilə təchiz olunacaq. Gözləntilərə əsasən Redmi 9 modeli 25 iyun tarixində təqdim olunacaq və 150$ qiymətində satışa çxıacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər