
Təqdimata az müddət qalmış Redmi Pad SE 4G-nin keyfiyyətli fotoları ortaya çıxıb
Cihazlar+
23.07.2024
Emil
Xiaomi-nin Redmi brendi 29 iyul tarixində Redmi Pad SE 4G planşetini təqdim edəcək. Təqdimata az müddət qalmış internetdə bu planşetin keyfiyyətli render fotoları və texniki imkanları ortaya çıxıblar. Ortaya çıxmış fotolardan da görmək olar ki, Redmi-nin bu yeni planşeti olduqca qalın ekran ətrafı çərçivələri əldə edəcək. Onun arxa panelində isə dairəvi formalı kamera sahəsi yerləşəcək. Məlumata əsasən Redmi Pad SE 4G planşeti 1340x800 piksel keyfiyyətli 8.7 düym ölçülü IPS ekranla təchiz olunacaq və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda planşetin 8 MP-lik arxa kameranı, 5 MP-lik ön kameranı, batareya mövzusunda isə 6650 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
