Logo
    main-post-cover

    Təqdimata hazırlaşan CMF Phone 2 Pro-nun əsas özəlliklərindən biri sərgilənib

    Cihazlar+
    10.04.2025
    Emil
         Nothing şirkətinə məxsus olan CMF brendi, hələ təqdim olunmamış CMF Phone 2 Pro smartfonunu göstərən iki qısa animasiya yayımlayıb. Promo materiallar cihazın dizaynının bir hissəsini ortaya çıxarıb, həmçinin konstruktor baxımından əsas xüsusiyyətlərindən birini nümayiş etdirib. Smartfon seriyaya xas olan vintlərlə təchiz olunacaq - bu isə çıxarıla bilən arxa qapağa və müxtəlif aksesuarların bərkidilməsi imkanına işarə edir. Bundan əlavə, cihaz iki rəng variantında təqdim olunub. Birinci animasiyada yarı-mat, gümüşü-boz gövdə, ikinci animasiyada isə mat teksturalı, tünd boz rəng və təkrar emal olunmuş plastik materiallara xas çökəkli səth göstərilib. Smartfonun təqdimatı 28 aprel tarixində baş tutacaq, lakin onun texniki xüsusiyyətləri və qiyməti hələ açıqlanmayıb.
    CMF
    CMF
    Paylaş
    Bənzər xəbərlər
    nothing-in-cmf-brendinin-yeni-smartfonunun-adi-ve-teqdimat-tarixi-elan-edilib
    Cihazlar+

    Nothing-in CMF brendinin yeni smartfonunun adı və təqdimat tarixi elan edilib

    Nothing şirkətinin CMF adlı brendi hələ təqdim olunmamış yeni smartfonuynun ilk tizerini keçən həftə paylaşdı. İndi isə Nothing şirkəti rəsmi şəkildə CMF-nın yeni smartfonunun nə zaman təqdim olunacağını açıqlayıb.
    nothing-in-cmf-brendi-oz-yeni-smartfonunun-ilk-tizerini-paylasib
    Cihazlar+

    Nothing-in CMF brendi öz yeni smartfonunun ilk tizerini paylaşıb

    Nothing şirkətinin CMF brendi 2023-cü ildə qulaqlıqlar, ağıllı saatlar və ifadəli dizayna malik digər aksesuarlarla münasib qiymətə bazara çıxmışdı. 2024-cü ildə isə brendin ilk smartfonu  CMF Phone 1 təqdim olundu - bu cihaz bir növ unikal və eyni zamanda sərfəli idi.
    nothing-in-cmf-subbrendinin-hele-teqdim-edilmemis-smartfonunun-real-fotosu-teqdim-edilib
    Cihazlar+

    Nothing-in CMF subbrendinin hələ təqdim edilməmiş smartfonunun real fotosu təqdim edilib

    Reddit istifadəçilərindən biri Nothing şirkətinin subbrendi qismində çıxış edən CMF-nın hələ rəsmi şəkildə təqdim olunmamış yeni smartfonunun real fotosunu təqdim edib.
    nothing-phone-3a-ve-phone-3a-pro-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Nothing Phone (3a) və Phone (3a) Pro təqdim edilib - QİYMƏTİ

    Nothing şirkəti qlobal bazarda Nothing Phone (3a) və Phone (3a) Pro smartfonlarını təqdim edib. Nothing-in bu yeni smartfonları xarici görünüşcə bir-birilərindən bir qədər fərqlənsələr də, texniki imkanlar baxımından onlar eynidirlər. Hər iki smartfon yastı gövdə dizaynını əldə edib.
    nothing-phone-3a-ve-phone-3a-pro-nun-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Nothing Phone (3a) və Phone (3a) Pro-nun render fotoları təqdim edilib

    Nothing şirkəti 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi Nothing Phone (3a) ilə yanaşı Nothing Phone (3a) Pro da daxil olacaq.