
Təqdimata hazırlaşan Honor GT smartfonunun texniki imkanları ortaya çıxıb
Cihazlar+
12.12.2024
Emil
Artıq məlumdur ki, Honor şirkəti 16 dekabr tarixində Çində Honor GT adlı yeni smartfonunu təqdim edəcək. Təqdimata sayılı günlər qalmış bu yeni smartfonun texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Honor GT smartfonu 1.5K keyfiyyətli 6.7 düym ölçülü LTPS OLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Honor GT 50 MP + 12 MP ikili arxa kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
