
Təqdimata hazırlaşan Honor Magic 7 Pro-nun texniki imkanları barəsində təfərrüatlar verilib
Cihazlar+
14.10.2024
Emil
Honor şirkəti artıq Honor Magic 7 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Bu smartfon seriyası 30 oktyabr tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, seriyaya minimum iki model daxil olacaq. Honor Magic 7 və Magic 7 Pro. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Magic 7 Pro-nun texniki imkanları barəsində təfərrüatları bölüşüb. Beləliklə insayder bildirib ki, Honor Magic 7 Pro smartfonu Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və onun ekranı ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanını əldə edəcək.
Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon ekranının ətraf çərçivələri maksimal dərəcədə nazik olacaqlar. Smartfon özündə 100 vatt gücündə sürətli naqilli şarj texnologiyasının dəstəyini birləşdirəcək. Honor Magic 7 Pro-nun üstəlik sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahib olacağına baxmayaraq insayder onun hansı gücdə olacağını açıqlamayıb. İnsayderin sözlərinə əsasən yeni smartfonun batareya həcmi Honor Magic 6 Pro-nun batareya həcmi ilə eyni olacaq. Yəni söhbət, 5600 mAh enerji tutumlu batareyadan gedir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
