Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Honor Tablet 10 planşetinin rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    16.05.2025
    Emil
         Honor yaxın zamanda Honor Tablet 10 adlı yeni planşetini təqdim edəcək. Lakin təqdimatı gözləmədən şirkət sözügedən yeni planşetin ilk fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda planşet yalnız arxa paneldən və 3 gövdə rəngində əks olunub. Sunrise Impression, Sky Blue Mountain Gray. Görmək olar ki, Honor Tablet 10-un arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına inansaq, bu yeni planşet 12.1 düym ölçülü ekranı əldə edəcək.
    Paylaş