
Təqdimata hazırlaşan Honor Tablet GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə məlum olub
Cihazlar+
14.10.2024
Emil
Honor 16 oktyabr tarixində Honor Tablet GT Pro adlı yeni planşetini təqdim edəcək. Təqdimata sayılı günlərin qalmasına baxmayaraq şirkət sözügedən yeni planşet barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət onun hansı prosessor vasitəsilə çalışacağını və hansı həcmdə batareyanı əldə edəcəyini açıqlayıb. Beləliklə şirkətin məlumatına əsasən Honor Tablet GT Pro planşeti Snapdragon 8s Gen 3 subflaqman prosessoru vasitəsilə çalışacaq. Batareyaya gəldikdə isə planşet özündə 10050 mAh enerji tutumlu batareyanı birləşdirəcək və üstəlik 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, Honor Tablet GT Pro 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.3 düym ölçülü OLED ekranı əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
