
Təqdimata hazırlaşan Honor X8b-nin fotoları və texniki göstəriciləri sızdırılıb
Cihazlar+
07.12.2023
Emil
Honor şirkəti keçən həftə Honor X7b adlı büdcəli smartfonunu təqdim etdi. İndi isə şirkət Honor X8b-nin təqdimatına hazırlaşır. Sözügedən yeni smartfonun fotoları artıq ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, Honor X8b smartfonu yastı ekranı və ekran üzərində oval formalı çıxıntı hissəni əldə edəcək. Arxa paneldən smartfon kvadrat formalı kamera sahəsini əldə edəcək və onun daxilində 3 ədəd kamera obyektivi ilə LED işıqlandırma yerləşəcək.

İnsayderlərin vermiş olduqları məlumatlara əsasən Honor X8b smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 108 MP + 5 MP + 2 MP üçlü arxa kamera ilə 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Honor X8b-nin bu ayın sonuna kimi və ya gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
