main-post-cover

    Təqdimata hazırlaşan Redmi 14C 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    16.10.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi avqust ayında büdcəli Redmi 14C 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 5G versiyasını təqdim etməyə hazırlaşır. Məlum olub ki, Redmi 14C 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən Redmi 14C 5G-nin prosessoru özündə 1.96 GHz tezlikdə çalışan 6 ədəd nüvəni və 2.21 GHz tezlikdə çalışan 2 ədəd nüvəni birləşdirir. Bütün bunlar isə Snapdragon 4 Gen 2 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Redmi 14C 5G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 917 xal, çox nüvəli testi çərçivəsində isə 2182 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 15 hansı Xiaomi, Redmi və POCO smartfonlarında istifadəyə veriləcək?
    android-15-hansi-xiaomi-redmi-ve-poco-smartfonlarinda-istifadeye-verilecek
    Xiaomi 15 Ultra-nın əsas arxa kamerası və təqdimat müddəti barəsində məlumat verilib
    xiaomi-15-ultra-nin-esas-arxa-kamerasi-ve-teqdimat-muddeti-baresinde-melumat-verilib
    Çox yaxında təqdim olunacaq Xiaomi 15 Pro canlı olaraq görüntülənib!
    cox-yaxinda-teqdim-olunacaq-xiaomi-15-pro-canli-olaraq-goruntulenib
    Xiaomi Smart Band 9 Pro-nun render fotoları ortaya çıxıb
    xiaomi-smart-band-9-pro-nun-render-fotolari-ortaya-cixib
    Redmi A3 Pro-nun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb
    redmi-a3-pro-nun-real-fotolari-ve-bezi-texniki-imkanlari-ortaya-cixib