Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Redmi K80 Pro-nun bəzi özəllikləri rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    22.11.2024
    Emil
         Xiaomi-nin Redmi brendi dünən Redmi K80 smartfon seriyasının təqdimatını anons etdi. Redmi K80 smartfonları 27 noyabr tarixində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, seriyaya iki model daxil olacaq. Redmi K80 və K80 Pro. Təqdimata sayılı günlər qalmış Redmi K80 Pro-nun imkanları barəsində rəsmi məlumatlar təqdim edilib. Beləliklə Redmi tərəfindən təqdim edilmiş məlumatlara əsasən Redmi K80 Pro smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə D1 adlı qrafik çipi birləşdirəcək.
         Məlumatda qeyd edilib ki, bu yeni smartfon AnTuTu testlərində ümumilikdə 3 194 766 xal toplayıb. Bu isə onun yüksək performans imkanlarından xəbər verir. Bundan əlavə olaraq Redmi K80 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Smartfon 120 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahib olacaq və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
    Paylaş