Logo
    main-post-cover

    Təqdimata hazırlaşan REDMI K80 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    25.11.2024
    Emil
         REDMI brendi 27 noyabr tarixində REDMI K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. REDMI K80 və K80 Pro. Təqdimata az müddət qalmış REDMI K80 Pro-nun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi özəllikləri təsdiqlənib. Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Bununla yanaşı məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə REDMI K80 Pro smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 3050 xal, çox nüvəli testi çərçivəsində isə 9216 xal toplayıb.
     
    Paylaş
    Bənzər xəbərlər