
Təqdimata hazırlaşan Redmi K80 və Redmi K80 Pro smartfonlarının qeyri-rəsmi texniki imkanları açıqlanıb
Cihazlar+
18.11.2024
Emil
Redmi brendi hələ Redmi K80 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons etməyib. Lakin təqdimatın bu ayın sonuna kimi baş tutacağı gözlənilir. İndi isə insayderlər Redmi K80 smartfonlarının texniki imkanları ilə bağlı yeni təfərrütaları təqdim ediblər. Qeyd etmək lazımdır ki, seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. İnsayderlərin sözlərinə əsasən Redmi K80 Pro modeli 2K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP + 32 MP + 50 MP üçlü arxa kamera ilə 20 MP-lik ön kameranı birləşdirəcək.
Batareya mövzusunda Redmi K80 Pro 120 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalı və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləməlidir. Gözləntilərə əsasən smartfonun gövdəsi üstəlik IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Adi Redmi K80 modeli öz növbəsində 2K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcək. Batareya mövzusunda Redmi K80 modeli 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
