
Təqdimata hazırlaşan REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
27.12.2024
Emil
Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunu təqdim edəcək. Artıq rəsmi şəkildə təsdiqlənib ki, bu yeni smartfon MediaTek şirkətinin Dimensity 8400 Ultra adlı yeni prosessoru vasitəsilə çalışacaq. İndi isə məlum olub ki, REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun performansı və bəzi digər özəllikləri məlum olub.
İlk öncə onu qeyd etmək lazımdır ki, Geekbench bençmarkı da bir daha təsdiqləyib ki, bu yeni smartfon Dimensity 8400 Ultra prosessorunu əldə edəcək. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə REDMI Turbo 4 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1642 xal, çox nüvəli testi çərçivəsində isə 6056 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
