
Təqdimata hazırlaşan Xiaomi 15S Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
20.05.2025
Emil
Xiaomi dünən növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 22 may tarixində Çində baş tutacaq. Bu tarixdə şirkət bir sıra yeni məhsulunu təqdim edəcək. Onlardan biri də Xiaomi 15S Pro smartfonu olacaq. İndi isə bu smartfonun hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə açıqlanıb. Xiaomi tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 15S Pro smartfonu şirkətin yeni mobil prosessoru olan Xring O1 vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor da Xiaomi 15S Pro ilə yanaşı 22 may tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Xring O1 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb.

Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
