
Təqdimata hazırlaşan Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərinin əsas texniki imkanları açıqlanıb
Cihazlar+
28.08.2024
Emil
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərini təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində bu yeni planşetlərin əsas texniki imkanlarını açıqlayıb. İnsayderin sözlərinə əsasən adi Xiaomi Pad 7 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
Bununla yanaşı planşet özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Xiaomi Pad 7 Pro planşetinə gəldikdə isə o, 144 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, hər iki planşet HyperOS-a sahib olacaq. Xiaomi Pad 7 planşet seriyası ya sentyabrda ya da oktyabrda təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
