
Təqdimata hazırlaşan Xiaomi Watch S4 smart saatının rəsmi fotoları təqdim edilib
Cihazlar+
24.10.2024
Emil
Xiaomi şirkəti 29 oktyabr tarixində Xiaomi 15 smartfonları ilə yanaşı digər məhsullarını da təqdim edəcək. Onlardan biri isə Xiaomi Watch S4 smart saatı olacaq. Şirkət sözügedən smart saatın rəsmi fotolarını təqdim edib. Bu yeni smart saat keçən il təqdim edilmiş Xiaomi Watch S3-ün davamçısı olacaq. Fotolardan da görmək olar ki, yeni smart saat dairəvi formada gövdəni əldə edəcək və onun ekran ətrafı dairəvi çərçivəsi dəyişdirilə bilən olacaq. İstifadəçi bu halda müxtəlif rəngdə ekran ətrafı çərçivəni seçə biləcək. Bununla yanaşı şirkət təsdiqləyib ki, smart saat HyperOS 2.0 vasitəsilə çalışacaq.




Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
