
Təqdimata orta büdcəli Redmi Pad SE 8.7 4G planşeti hazırlaşır
Cihazlar+
13.06.2024
Emil
Xiaomi-nin Redmi brendi özünün yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Redmi Pad SE 8.7 4G-dən gedir. Belə ki, sözügedən yeni planşet IMEI məlumatlar bazasında ortaya çıxıb. IMEI məlumatlar bazasında bu planşet 24076RP19G və 24076RP19I model nömrələrinə sahibdir. Bu isə o deməkdir ki, planşet həm qlobal bazarda həm də Hindistan bazarında satışa çıxacaq. IMEI məlumatlar bazasında Redmi Pad SE 8.7 4G-nin texniki göstəriciləri əks olunmayıb. Lakin planşetin adından belə qənaətə gəlmək olar ki, o, 8.7 düym ölçülü ekranı əldə edəcək və yalnız 4G dəstəyinə sahib olacaq. Planşetin IMEI məlumatlar bazasında ortaya çıxması onun təqdimatının artıq çox yaxın olduğuna işarə edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
