main-post-cover

    Təqdimata sayılı günlər qalmış Redmi Note 14 Pro-nun texniki imkanları açıqlanıb

    Cihazlar+
    23.09.2024
    Emil Nəcəfov
         Redmi brendi Redmi Note 14 smartfon seriyasının konkret təqdimat tarixini artıq elan edib. Bu smartfon seriyası 26 sentyabr tarixində Çində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, seriyaya minimum 3 model daxil olacaq. Redmi Note 14, Redmi Note 14 ProRedmi Note 14 Pro+. Təqdimata sayılı günlər qalmış insayderlər Redmi Note 14 Pro modelinin texniki imkanlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Redmi Note 14 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq.
          Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Üstəlik smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. İnsayderlər bildiriblər ki, Redmi Note 14 Pro smartfonu Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edəcək. Smartfon özündə 50 MP + 12 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə Redmi Note 14 Pro 67 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14 smartfon seriyasının konkret təqdimat tarixi rəsmi şəkildə açıqlanıb
    redmi-note-14-smartfon-seriyasinin-konkret-teqdimat-tarixi-resmi-sekilde-aciqlanib
    Redmi Note 14 Pro+ smartfonunun yeni rəsmi fotoları təqdim edilib
    redmi-note-14-pro-smartfonunun-yeni-resmi-fotolari-teqdim-edilib
    Xiaomi 15-in hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub
    xiaomi-15-in-hansi-gucde-suretli-sarj-texnologiyasini-destekleyeceyi-melum-olub
    Xiaomi MIX Flip-in qlobal versiyasının təqdimatı təsdiqlənib
    xiaomi-mix-flip-in-qlobal-versiyasinin-teqdimati-tesdiqlenib
    Redmi Watch 5 Lite smart saatının təqdimatı anons edilib
    redmi-watch-5-lite-smart-saatinin-teqdimati-anons-edilib