Logo
    Təqdimata sayılı günlər qalmış Redmi Note 14 Pro+ smartfonu barəsində rəsmi məlumatlar verilib

    Təqdimata sayılı günlər qalmış Redmi Note 14 Pro+ smartfonu barəsində rəsmi məlumatlar verilib

    Cihazlar+
    24.09.2024
         Xiaomi-nin Redmi brendi Redmi Note 14 smartfon seriyasını 26 sentyabr tarixində təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro+ olacaq. Təqdimata sayılı günlər qalmış brend Redmi Note 14 Pro+ modeli barəsində bəzi rəsmi məlumatları təqdim edib. Beləliklə Redmi tərəfindən təqdim edilmiş posterlərdən birinə əsasən Redmi Note 14 Pro+ smartfonu 90 vatt gücündə sürətli şarj texnologiyalı 6200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Redmi Note 13 Pro+ modeli 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Digər bir posterdə isə qeyd edilib ki, yeni smartfon Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun ekranı Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq və onun gövdəsi IP69 standartı üzrə sudan qorunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimata sayılı günlər qalmış Redmi Note 14 Pro+ smartfonu barəsində rəsmi məlumatlar verilib