
Təqdimatdan 1 gün öncə REDMI Turbo 4 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
23.04.2025
Emil
Xiaomi-nin REDMI brendi artıq sabah REDMI Turbo 4 Pro smartfonunu təqdim edəcək. Məlum olub ki, təqdimatdan 1 gün qabaq bu yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində REDMI Turbo 4 Pro barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən smartfon Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, REDMI Turbo 4 Pro qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 2127 xal, çoxnüvəli testi çərçivəsində isə 6724 xal toplayıb. Qeyd etmək lazımdır ki, REDMI artıq təsdiqləyib ki, sözügedən yeni smartfon 1.5K keyfiyyətli 6.83 düym ölçülü ekranla təchiz olunub.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
