
Təqdimatdan 1 gün qabaq Xiaomi Pad 7 planşetlərinin bəzi özəllikləri rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
28.10.2024
Emil
Xiaomi şirkəti artıq sabah Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Lakin bu smartfon seriyası ilə birlikdə şirkət həmçinin Xiaomi Pad 7 planşet seriyasını da təqdim edəcək. Təqdimata 1 gün qalmış şirkət Xiaomi Pad 7 planşetləri barəsində bəzi rəsmi məlumatları bölüşüb. Beləliklə Xiaomi tərəfindən təqdim edilmiş posterlərə əsasən Xiaomi Pad 7 planşetləri 144 Hz-lik təsvir yenilənməsinə sahib 3.2K keyfiyyətli 11.2 düym ölçülü ekranla təchiz olunacaqlar. Posterlərdən birində isə təsdiqlənib ki, Xiaomi Pad 7 Pro modeli Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik yeni planşetlər HyperOS 2.0 vasitəsilə çalışacaqlar və süni zəka funksiyalarını əldə edəcəklər.



Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
