
Təqdimatdan bir gün qabaq REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumat verilib
Cihazlar+
26.11.2024
Emil
Xiaomi-nin REDMI brendi sabah REDMI K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki model daxil olacaq. REDMI K80 və K80 Pro. Təqdimatdan bir gün qabaq REDMI brendi REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumatları təqdim edib. Beləliklə REDMI tərəfindən təqdim edilmiş posterə əsasən REDMI K80 Pro smartfonu Light Hunter 800 adlı flaqman əsas arxa kamera obyektivinə sahib olacaq. Bu kamera obyektivi özündə optik stabilizasiya funksiyasını birləşdirəcək. Üstəlik smartfon 50 MP-lik telekamera və 120 dərəcə bucaq əhatəli 32 MP-lik ultra geniş bucaqlı kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, REDMI K80 Pro-nun 2K keyfiyyətli OLED ekrana, Snapdragon 8 Elite prosessoruna və 6000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
