
Təqdimatdan öncə Honor Magic 6 Pro-nun render fotosu təqdim edilib
Cihazlar+
08.01.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan Honor Magic 6 Pro flaqman smartfonunun render fotosunu təqdim edib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, smartfon kənarları əyilmiş dizayna sahib ekranı əldə edib. Ekranın yuxarı mərkəz hissəsində isə oval formalı çıxıntı yerləşir. Smartfonun arxa panelində dairəvi formalı kamera sahəsi var və onun daxilində 3 ədəd kamera obyektivi ilə LED işıqlandırma yerləşdirilib. İnsayder həmçinin bildirib ki, Honor Magic 6 Pro smartfonu 256/512 GB/1 TB daxili yaddaş versiyalarında satışa çıxacaq. Honor Magic 6 smartfon seriyası 10 yanvar tarixində təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
