vivo X500 smartfonlarını Hindistanda təqdim etdi: 119 999 rupidən (QİYMƏTİ)
“vivo” Çindəki təqdimatdan təxminən 2 ay sonra “vivo X500” smartfon seriyasını Hindistanda da göstərib. Tədbirdə seriyanın baza modeli “X500”, “X500 Pro” və ən bahalı model olan “X500 Pro Max” nümayiş olunub. Telefonları indidən “vivo”nun rəsmi onlayn mağazasından və “Flipkart”dan sifariş etmək olar, açıq satışlar 3 dekabrda başlayacaq.
“vivo X500” modelində 12 GB operativ yaddaş və 256 GB daxili yaddaş var. Telefonun qiyməti 119 999 Hindistan rupisindən başlayır. Yaddaş göstəriciləri eyni olan “X500 Pro” 149 999 Hindistan rupisinə satılacaq. “X500 Pro Max”ın başlanğıc qiyməti 164 999 Hindistan rupisidir. Bu modelin 512 GB daxili yaddaşı olan variantı 179 999 Hindistan rupisinə satılacaq. “X500 Pro Max Photographer Kit” dəstinin qiyməti 229 999 Hindistan rupisidir.
“vivo” telefonlarla yanaşı çəkiliş üçün aksesuarlar da satır. “Zeiss Telephoto Extender Gen 2 200mm” əlavəsi ilə uzaqdakı obyektləri daha yaxından çəkmək olur. Əlavənin qiyməti 15 999 Hindistan rupisidir. “X500 Pro Max”la 27 999 Hindistan rupisinə satılan “Telephoto Extender Gen 2 Ultra 400mm” əlavəsini də işlətmək olur. Bu modelə uyğun “Imaging Grip Kit” çəkiliş dəsti 11 999 Hindistan rupisinə satılır.
“vivo X500” seriyasının Hindistan və Çin versiyaları arasında yeganə texniki fərq “X500 Pro Max”ın batareyasındadır. Hindistanda satılan modelin batareyası 7800 mAh, Çin versiyasının batareyası isə 8000 mAh tutumludur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...