
Wi-Fi dəstəyinə sahib Xiaomi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.02.2025
Emil
Xiaomi şirkəti Xiaomi Buds 5 Pro adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Bu yeni naqilsiz qulaqlıq iki versiyada təqdim edilib. Standart versiya və Wi-Fi dəstəyinə sahib versiya. Şirkət bildirib ki, Wi-Fi dəstəyinə sahib versiyada səs saniyədə 4.2 Mbit sürətlə Wi-Fi üzərindən ötürülür və bu da öz növbəsində səsin yüksək keyfiyyətini təmin edir. Qulaqlıq ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 55 dB-ə (desibel) kimi boğur. Xiaomi Buds 5 Pro qulaqlıqdan əlavə olaraq diktofon rolunda da çıxış edir.

Qulaqlıqlar səsin yazılmasını, səsin mətn formatına çevrilməsini və üstəlik real zaman ərzində tərcüməni dəstəkləyirlər. Xiaomi Buds 5 Pro-nun Bluetooth dəstəkli versiyasında qulaqlılar 53 mAh, onların şarj keysi isə 570 mAh enerji tutumlu batareya ilə təchiz olunurlar. Nəticədə qulaqlıqlar bir dəfə şarj olunandan sonra 8 saat ərzində, şarj keysi ilə birlikdə isə 40 saat ərzində çalışa bilirlər. Xiaomi Buds 5 Pro-nun Wi-Fi dəstəkli versiyasına gəldikdə isə onda qulaqlılar 63 mAh enerji tutumlu batareya ilə təchiz olunurlar. Nəticədə onlar bir dəfə şarj olunandan sonra 10 çalışa bilirlər. Xiaomi Buds 5 Pro artıq Çin bazarında satışa çıxıb. Onun standart versiyasının qiyməti 178$, Wi-Fi dəstəkli versiyasının qiyməti isə 206$ təşkil edir.

Mənbə: Xiaomitime
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
