Xiaomi 12 Lite NE və Xiaomi 13 Lite smartfonlarının texniki özəllikləri barəsində məlumat verilib

Xiaomi 12 Lite NE və Xiaomi 13 Lite smartfonlarının texniki özəllikləri barəsində məlumat verilib

Mobil Cihazlar
31.10.2022 PAYLAŞIM

    İnsayderlər tərəfindən verilmiş məlumata əsasən Xiaomi şirkəti Qualcomm-un 4 nanometrlik prosessoruna sahib olacaq 2 yeni smartfon üzərində çalışır. Söhbət, Xiaomi 12 Lite NEXiaomi 13 Lite smartfonlarından gedir. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən smartfonlar faktiki olaraq eyni smartfonlardır və onlar xarici görünüşcə Civi 2 modelindən fərqlənməyəcəklər. Beləliklə insayderlər qeyd ediblər ki, hər iki smartfon Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonların ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər və Full HD+ AMOLED paneli əsasında hazırlanacaqlar.

    Bununla yanaşı smartfonların ekranları Dolby Vision HDR10+ texnologiyalarını dəstəkləyəcəklər. Ekran ölçülərinə gəldikdə isə smartfonlar 6.55 düym ekranlarla təchiz olunacaqlar və barmaq izi skanı texnologiyası birbaşa ekranlara inteqrasiya ediləcək. İnsayderlər qeyd ediblər ki, kameralar mövzusunda da smartfonlar eyni olacaqlar. Belə ki, həm Xiaomi 12 Lite NE həm də Xiaomi 13 Lite 50 MP + 20 MP + 2 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfonlardan birində isə 100 dərəcə bucaq əhatəsinə sahib ultragenişbucaqlı obyektiv yerləşdiriləcək. Xiaomi 12 Lite NE ilə Xiaomi 13 Lite modellərinin nə zaman təqdim olunacaqları barəsində heç bir məlumat verilməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...

×