main-post-cover

    Xiaomi 13 Ultra təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.04.2023
    Farid Pardashunas
        Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi sonunda Xiaomi 13 Ultra smartfonunu təqdim edib. Təqdim edilmiş Xiaomi 13 Ultra özündə hal hazırda olan ən aparıcı texnologiyaları birləşdirir və hətta onlardan bəzilərinin bazarda analoqu da yoxdur. Xiaomi bu yeni smartfonda əsas diqqətini kameralara ayırsa da, digər imkanlarını da yüksək səviyyədə reallaşdırıb. Sözügedən smartfonda əsas diqqət kameralara ayrıldığı üçün ilk növbədə onlardan başlayaq. Beləliklə Xiaomi 13 Ultra özündə dördlü arxa kameranı birləşdirir və onların hər biri 50 MP-dir. Əsas arxa kamera obyektivi Sony IMX989-dur. Yerdə qalan 3 kamera isə Sony IMX 858-dir. Qeyd etmək lazımdır ki, smartfonun dördlü arxa kamera sistemi əsas kameradan, ultragenişbucaqlı kameradan və 2 ədəd telekameradan təşkil edilib.
        Bununla yanaşı kameralar Xiaomi və Leica ilə birgə hazırlanmış Summicron adlı linzalara sahibdirlər. Xiaomi-nin verdiyi məlumata əsasən smartfon 4 ədəd arxa kameraya sahib olasa da, onda 6 fokus məsafəsi reallaşdırılıb. Zoom diapazonu 0.5 qatdan 10 qata, diafraqma göstəricisi isə f/1.8-dən f/4.0-a qədər dəyişir. Məsələ burasındadır ki, smartfonujn əsas arxa kamerası dəyişkən diafraqmaya sahibdir və bu dəyişkənlik məhz f/1.8-dən f/4.0-a qədər baş verir. Bu isə öz növbəsində kameranın matrisası tərəfindən udulan işığı ayarlamağa imkan verir. Bundan əlavə olaraq smartfonun birinci teleobyektivi 3.2 qat optik zoom-u təmin edir, ikinci teleobyektivi isə obyektivdə olan linzaların hərəkəti sayəsində 5 qat-dan 10 qat optik zoom-a keçid edə bilir.
        Xiaomi-nin daha əvvəlki flaqman smartfonlarında olduğu kimi Xiaomi 13 Ultra-da da Leica-nın orijinal filtrlərindən istifadə edilir. Yeni smartfon 14 bit-lik RAW fotoları və 10 bit-lik videoları çəkmək imkanını verir. Xiaomi 13 Ultra smartfonu 1-120 Hz-lik dəyişkən təsvir yenilənməsinə sahib 2K+ keyfiyyətli 6.73 düym AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı smartfonun ekranı Dolby Vision texnologiyasını dəstəkləyir və onun maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir.
        Xiaomi 13 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız öədnişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki özəlliklər baxımından smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 32 MP-lik ön kamera (f/2.0 diafraqma, 90 dərəcə bucaq əhatəsi) ön kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Xiaomi 13 Ultra yaxın günlərdə Çin bazarında satışa çıxacaq. Bir neçə aydan sonra isə smartfon digər regionlarda satışa çıxmalıdır. Xiaomi 13 Ultra-nın Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 873$
    - 16 GB RAM + 512 GB yaddaş - 945$
    - 16 GB RAM + 1 TB yaddaş - 1062$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər