
Xiaomi 13T smartfonları şirkət tərəfindən uzunmüddətli dəstəyə sahib olacaqlar
Cihazlar+
06.09.2023
Emil
Xiaomi şirkəti 26 sentyabr tarixində Xiaomi 13T smartfon seriyasını təqdim edəcək. İndi isə sözügedən smartfon seriyası barəsində vacib rəsmi məlumat verilib. Belə ki, şirkətin kommunikasiyalar üzrə direktoru Daniel Desjarlais-in X-dəki paylaşımına əsasən Xiaomi öz smartfonlarının proqram təminatı dəstəklərini genişləndirəcək. Belə ki, Xiaomi 13T və Xiaomi 13T Pro smartfonları 4 Android yenilənməsini və 5 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Beləliklə əgər Xiaomi 13T smartfonları bazara Android 13 ilə satışa çıxsalar, deməli onlar növbəti illərdə Android 14-ü, Android 15-i, Android 16-nı və Android 17-ni əldə edəcəklər. Lakin bu cür uzunmüddətli dəstəyin Xiaomi-nin bütün gələcək smartfonlarında reallaşdırılıb-reallaşdırılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
