main-post-cover

    Xiaomi 14 smartfon seriyasının daha bir yeni modeli təqdimata hazırlaşır

    Cihazlar+
    01.05.2024
    Farid Pardashunas
         Xiaomi şirkəti keçən il Xiaomi 14 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya ilk növbədə Xiaomi 14 və Xiaomi 14 Pro modelləri daxil oldular. Bu ilin əvvəlində isə şirkət Xiaomi 14 Ultra-nı təqdim etdi. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət Xiaomi 14 smartfon seriyasına daxil olacaq daha bir modelin təqdimatına hazırlaşır. Söhbət, Xiaomi 14 SE-dən gedir. Məlumatda qeyd edilib ki, Xiaomi 14 SE gələn ay təqdim ediləcək və onun satış qiyməti 600$-dan aşağı olacaq.
         Smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Lakin insayderlər güman edirlər ki, sözügedən yeni smartfon Xiaomi-nin bir neçə müddət bundan öncə təqdim etmiş olduğu CIVI 4 Pro smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası ola bilər. Belə olacağı halda Xiaomi 14 SE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, Snapdragon 8s Gen 3 prosessorunu, 50 MP + 50 MP + 12 MP üçlü arxa kameranı və 4700 mAh enerji tutumlu batareyanı əldə edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO F6 subflaqman smartfonu Geekbench testlərindən keçib
    poco-f6-subflaqman-smartfonu-geekbench-testlerinden-kecib
    Büdcəli Redmi G27Q 2025 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-g27q-2025-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi 4 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb
    xiaomi-4-smartfonunun-desteyini-resmi-sekilde-dayandirib
    Redmi K70 Ultra-nın bəzi flaqman özəllikləri açıqlanıb
    redmi-k70-ultra-nin-bezi-flaqman-ozellikleri-aciqlanib
    Redmi A27Q 2025 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ
    redmi-a27q-2025-adli-yeni-budceli-monitor-teqdim-edilib-qiymeti