Logo
    main-post-cover

    Xiaomi 15S Pro-nun ilk real görüntüləri sərgilənib

    Cihazlar+
    20.05.2025
    Emil
         Xiaomi-nin prezidentı Lu Weibing, şirkətin öz prosessoru olan Xring O1 əsasında hazırlanmış ilk cihaz - Xiaomi 15S Pro smartfonunu ilk dəfə nümayiş etdirib. Bu prosessorun hazırlanmasına təxminən 1 milyard dollardan çox vəsait sərf olunub. Təbii ki, rəhbər cihazın detalları barədə geniş məlumat verməyib, çünki rəsmi təqdimat 22 mayda baş tutacaq. Lakin fotodan görmək olar ki, Xiaomi 15S Pro, görünüşcə Xiaomi 15 Pro modelinə bənzəyir, amma onun arxa paneli qara rəngdədir və karbon teksturasına bənzədilmiş dizaynla hazırlanıb. Diqqətli izləyicilər kameraların yerləşdiyi blokda "Xring" yazısını da görə bilərlər.
    Paylaş