
Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək
Cihazlar+
29.04.2025
Emil
Smart Pikachu ləqəbli məşhur insayderin məlumatına görə, bu il ərzində təqdim olunacaq Xiaomi 16 smartfonu rəqibləri arasında ən böyük həcmli batareyaya sahib olacaq. İnsayder smartfonun dizayn xüsusiyyətləri və texniki parametrləri barədə də bəzi detalları bölüşüb. Smart Pikachu-nun verdiyi məlumata əsasən, Xiaomi 16 smartfonu 6.3 düym ölçülü ekrana və bu ölçüdə ekran üçün ən böyük batareyaya malik olacaq.

Hazırda bu seqmentdə lider 6.32 düym ekranlı və 6260 mAh tutumlu batareyası olan OnePlus 13T modelidir. Müqayisə üçün, Xiaomi 15 modelində 5240 mAh-lıq batareya istifadə olunub. Mənbə əlavə edib ki, smartfonun bütün tərəflərində çox incə çərçivələr, nazik və yüngül gövdə, eləcə də 50 MP-lik üçlü arxa kamera sistemi olacaq. Gözlənilir ki, baza modeli nəhayət periskopik teleobyektivlə təchiz olunacaq. Prosessor olaraq isə Snapdragon 8 Elite 2-nin istifadə olunacağı ehtimal edilir. Xiaomi 16 seriyasının təqdimatının bu ilin oktyabr ayında keçirilməsi gözlənilir.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
