Logo
    main-post-cover

    Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib

    Cihazlar+
    11.04.2025
    Emil
         Xiaomi şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi 4K Monitor A27Ui adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 360 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPortUSB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Xiaomi 4K Monitor A27Ui-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş