
Xiaomi Civi 4-ün nə zaman satışa çıxacağı açıqlanıb
Cihazlar+
09.02.2024
Emil
Xiaomi şirkətinin hazırladığı yeni smartfonlardan biri də Xiaomi Civi 4-dür. Şirkət sözügedən smartfonu yaxın aylar ərzində təqdim etməlidir. İndi isə insayderlər Xiaomi Civi 4-ün nə zaman satışa çıxacağını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Xiaomi Civi 4 smartfonu may ayında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, keçən il Xiaomi Civi 3 smartfonu da may ayında satışa çıxmışdı. Son məlumat sızıntılarına əsasən Xiaomi Civi 4 smartfonu MediaTek Dimensity 8300 Ultra və ya Qualcomm Snapdragon 7 Gen 3 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun kənarları əyilmiş dizaynda reallaşdırılmış ekranı əldə edəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Bu ayın sonunda təqdimatı gözlənilən Xiaomi 14 Ultra-nın texniki imkanları açıqlanıb
Xiaomi artıq rəsmi şəkildə elan edib ki, o, Xiaomi 14 smartfon seriyasının qlobal versiyasını 25 fevral tarixində təqdim edəcək.

Cihazlar+
Büdcəli Redmi A3-ün təqdimatı rəsmi şəkildə anons olunub
Xiaomi-nin Redmi brendi büdcəli Redmi A3-ün təqdimatını rəsmi şəkildə anons edib.

Cihazlar+
Redmi G Pro adlı gaming monitor təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi öz yeni gaming monitorunu təqdim edib. Redmi-nin yeni gaming monitoru Redmi G Pro adlanır.

Cihazlar+
Büdcəli Redmi A3-ün növbəti render fotosu və satış qiymətləri təqdim edilib
91mobiles saytı təqdimata hazırlaşan büdcəli Redmi A3 smartfonunun növbəti render fotosunu təqdim edib və onun satış qiymətini açıqlayıb.

Cihazlar+
Xiaomi 14 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
Xiaomi şirkəti Xiaomi 14 smartfon seriyasının qlobal versiyasının təqdimatını anons edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
