
Xiaomi CIVI 5 Pro barəsində məlumatlar verilib
Cihazlar+
18.12.2024
Emil
Xiaomi şirkəti gələn il Xiaomi CIVI smartfon seriyasının yeni modelini təqdim etməlidir. Söhbət Xiaomi CIVI 5 Pro-dan gedir. İndi isə insayderlər bu yeni smartfon barəsində növbəti təfərrüatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi CIVI 5 Pro smartfonu hələ təqdim olunmamış Snapdragon 8s Elite prosessorunu əldə edəcək ilk smartfon olacaq.
Bununla yanaşı sözügedən smartfon özündə 1.5K keyfiyyətli ekranı birləşdirəcək və ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanacaq. Ekran üzərində isə kiçik dairəvi çıxıntı yerləşəcək. Məlumatda qeyd edilib ki, smartfonun ekranı ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanını əldə edəcək. Gözləntilərə əsasən Xiaomi CIVI 5 Pro 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, bu yeni smartfon 2025-ci ilin birinci yarısı çərçivəsində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
