Logo
    main-post-cover

    Xiaomi Civi 5 Pro böyük həcmli batareyanı əldə edəcək

    Cihazlar+
    11.03.2025
         Xiaomi şirkəti yaxın zamanda Xiaomi Civi 5 Pro smartfonunu təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi tərəfindən hazırlanan bu yeni smartfon barəsində növbəti təfərrüatları təqdim edib. İnsayderin sözlərinə əsasən Xiaomi Civi 5 Pro smartfonunun gövdə qalınlığı 7 mm təşkil edəcək. Bu öz növbəsində smartfonun böyük həcmli batareyanı əldə etməsinə maneə olmayacaq.
         Belə ki, insayderin sözlərinə inansaq, smartfon özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 8.15 mm gövdə qalınlığına sahib Xiaomi 15 smartfonu 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Xiaomi Civi 5 Pro smartfonu 50 MP-lik periskop telekameranı əldə edəcək. Daha əvvəlki məlumat sızıntılarına inansaq, smartfon hələ təqdim edilməmiş Snapdragon 8s Elite prosessoru vasitəsilə çalışacaq.
    Mənbə: Gizmochina

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi Civi 5 Pro böyük həcmli batareyanı əldə edəcək | Technote