Logo
    main-post-cover

    Xiaomi gələn il nazik gövdəli Xiaomi 17 Air-i təqdim edə bilər

    Cihazlar+
    27.10.2025
    Emil
         Görünür, Xiaomi şirkəti də son trendə qoşularaq nazik gövdəli smartfonlar sahəsinə daxil olmaq niyyətindədir. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən şirkət gələn il Xiaomi 17 Air adlı nazik gövdəli smartfonunu təqdim etməyi planlaşdırır. İnsayderlər planlaşdırılan bu smartfon barəsində bəzi təfərrüatları təqdim ediblər. Onların sözlərinə inansaq, Xiaomi 17 Air smartfonu 6.6 düym ölçülü ekranla təchiz olunacaq və ekranın künc hissələri dairəvi formada olacaq. Bundan əlavə smartfon özündə 200 MP-lik əsas arxa kameranı birləşdirməlidir. Məlumatda qeyd edilib ki, smartfonda eSIM dəstəyi olacaq. Bu isə onda fiziki SIM kart olmayacağına işarə edir. Bu isə öz növbəsində smartfonun nazik gövdəsi uğrunda verilmiş bir qərar ola bilər. Xiaomi 17 Air modelinin keçən ayın sonunda təqdim edilmiş Xiaomi 17 seriyasına daxil olacağı və ya sadəcə təcrübi bir layihə olacağı hələ bilinmir.
    Paylaş